Milli Məclis “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuş müzakirəsinə başlayıb.
Bizimaz.az xəbər verir ki, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, layihə təkmilləşdirilib və deputatların son təklifləri nəzərə alınıb.
Komitə sədri Aqiyə Naxçıvanlı isə qanunla bağlı bir sıra redəktə xarakterli təkliflər irəli sürüb. O həmçinin qeyd edib ki, qanun təsisçilərin xarici ölkə vətəndaşı olmasına imkan versə də, müəssisənin direktoru və müavini Azərbaycan vətəndaşı olmalıdır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.