Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün müəyyən edilən vaxt sabah başa çatır.
Bu barədə aprelin 11-ə təyin edilən Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub.
Qanunvericiliyə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşları seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələri müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edə bilər. Bu müddət aprelin 6-dək davam edəcək.