Xəbər lenti

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilati dəstəyi ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun baş ofisində Novruz şənliyi keçirilib.

 

Bizimaz.az:  tədbirdə hər iki qurumun çoxmillətli əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, həmçinin Dünya Bankında fəaliyyət göstərən Azərbaycanlılar Assosiasiyasının üzvləri iştirak ediblər.

Dünya Bankı Qrupunun icraçı direktoru Verner Qruber və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Pol İnderbinen təbrik nitqi söyləyib, baharın gəlişinin müjdəçisi olan Novruzun ABŞ-da qeyd edilməsini əlamətdar hadisə kimi səciyyələndiriblər.

Qonaqlar Novruz şənliyi çərçivəsində xalqımızın tarixi adət-ənənələri, o cümlədən Novruza məxsus özəlliklərlə yaxından tanış olublar. Onlara Azərbaycan milli mətbəxinin ən özəl nümunələri, həmçinin Novruzun əsas simvolları olan milli şirniyyatlarımız təqdim edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov