ABŞ prezidenti Donald Tramp amerikalı hərbçilərin Meksika ilə sərhədin mühafizəsinə cəlb olunacağını bəyan edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Hərbçilərimizin köməkliyi ilə dövlət sərhədini qoruyacağıq. Bu böyük irəliləyişdir” deyə Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib.
Habelə prezident planın təfərrüatı barədə hər hansı açıqlama verməyib.
Sərhədə hərbi dəstələrin göndərilməsinin qanunsuz miqrant axını və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək məqsədi daşıdığı iddia olunur.
Mart ayında ABŞ Konqresi ölkənin federal büdcəsini qəbul edib. Tramp Meksika ilə sərhəddə divarın inşası üçün dövlətdən 25 milyard vəsait ayrılmasını istəsə də, qanunuverici orqan yalnız 1,6 milyard dollar ayırmağı məqsədəuyğun bilib.