Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Axar.az-a verilən məlumata görə, bununla bağlı 20 nömrəli məktəb-liseydə müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi müəyyənləşib.
Bütün bunları nəzərə alaraq, BŞTİ-nin müdiri Məhəbbət Vəliyevanın 3 aprel tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib.
Məktəb direktoruna nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb.