Xəbər lenti



Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.

Bununla bağlı "RİA Novosti"yə açıqlamasında Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.
O, deyib ki, komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb, Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, M.Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov