Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarlarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxıblar.
Bunu Milli Məclisin (MM) bu gün keçirilən xüsusi iclasında deputat, tarixçi alim, akademik Yaqub Mahmudov bildirib.
O deyib ki, araşdırma zamanı Şaumyanın o qəbirdə olmadığı aşkarlanıb.
“Biz bunu dünyaya bildirdik. Amma təəssüf ki, bəzilər dərhal Şaumyanın müdafiəsini təşkil edərək bunu ört-basdır etmək istədilər. Bu səbəbdən həqiqəti tam olaraq bəyan edə bilmirik”.