Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olub.
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
Xatırladaq ki, bazar günü Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfər həlak olub.