NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edəcək.
“RİA Novosti”-i xəbər verir ki, bunu
NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, “Skripal işi” ilə əlaqədar Rusiyanın 7 diplomatı “arzuolunmaz şəxs” elan edilib: “Rusiyanın
NATO-dakı missiyasının tərkibi isə 30 nəfərdən 20 nəfərə endiriləcək”.
Qeyd edək ki, martın 5-də
Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük
Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.
Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki,
ABŞ, Kanada, Ukrayna və
Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə
Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib.