“Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini hər zaman ən mötəbər tribunalardan qətiyyətlə ifadə edir”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, Azərbaycan işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub: “Dövlətimizin başçısı hər zaman bəyan edir ki,
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda güclü siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib, öz mövqeyini qəti və konkret surətdə ifadə edib.
Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub”.
S.Seyidov hesab edir ki, digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də
Prezident İlham Əliyevin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
"Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş
Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq təşkilatlarda
Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb. Ən əsası,
Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycan
Prezidenti ardıcıl siyasət həyata keçirir. Dövlətimizin başçısı Azərbaycanı yenidən qurur, ordumuzu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir. Yəni bütün bunlar torpaqlarımızın azad olunmasına xidmət edən işlərdir.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olmağımız da,
Avropa Şurasına sədrlik etməyimiz də
Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən məqamlar olub. Hər iki dövrdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prioritet olub. Bu gün də Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır, hücum diplomatiyası qətiyyətlə davam etdirilir. İnanırıq ki, Azərbaycan
Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edəcək – ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq".