Rusiya prezidenti Vladimir Putin Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar 28 martın matəm günü elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endiriləcək.
Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla 64 nəfər ölüb.