Türkiyə ilə ABŞ YPG-li terrorçuların nəzarətində olan Suriyanın Menbiç bölgəsi ilə bağlı məsələdə anlaşıblar.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
O, qeyd edib ki, anlaşmaya görə, YPG həmin bölgədən geri çəkiləcək:
“YPG-nin Menbiçdən geri çəkilməsinə iki ölkə, yəni, Türkiyə ilə ABŞ nəzarət edəcək.
Həmçinin, ABŞ-ın YPG-yə verdiyi silahları geri alması məsələni də gözdən keçirəcəyik və bu məsələdə də israr edəcəyik”.