Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3149 terrorçu zərərsizləşdirilib.
Afrində 30 əsas strateji nöqtə mövqe,
PKK,PYD, YPG, İŞİD terrorçularından azad edilib, 160 yaşayış məntəqə Türkiyə hərbçiləri və Azad
Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib. Məlumatda hərbçilərin Afrinin mərkəzinə daxil olmasına 4 kilometr qaldığı vurğulanıb.
Qeyd edək ki, yanvarın 20-da Türkiyə
Silahlı Qüvvələri
Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.