Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.
BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 10-da keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. Müraciətə müsbət cavab verildiyi barədə millət vəkili Qüdrət Həsənquliyev ötən gün Milli Məclisdə danışmışdı. Q.Həsənquliyev prezident seçkisi ərəfəsində təbliğat-təşviqat kampaniyasının 19 martdan başlayacağını xatırladaraq, 10 martda mitinqə icazə verilməsini qanunsuz adlandırmış və Bakı şəhər İH-nin bununla bağlı izahat verməli olduğunu qeyd etmişdi.