Xəbər lenti



Bu gün saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın baş verib.

Korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin cəsədi aşkar edilib.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

***

Respublika Narkoloji Dispanserdə müalicə alan xəstələr müxtəlif tibb müəssisələrinə köçürülüb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verilib.

Onun sözlərinə görə, həmin müəssisələrdə təxliyə olunan xəstələrə zəruri tibbi yardım göstərilir.

“Bu yaxınlarda yeni Narkoloji Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə Sabunçu rayonunun ərazisində yerləşəcək. Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib. Narkoloji asılılıqdan müalicə alan insanlar yeni Mərkəzdə müalicə alacaq”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub.

Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlət başçısına məlumat veriblər.




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov