Xəbər lenti


Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Sosial mediada onun sələfi olmuş sabiq Təhsil naziri Misir Mərdanovun bu vəzifəyə təyin olunacağı məlumatı yayılıb.
 
Bizimaz.az Unikal.orga istinadən  xəbər verir ki, prezidentin sərəncamından az sonra Bizimyol.info-ya açıqlama verən sabiq Təhsil naziri Misir Mərdanov Abel Məhərrəmovun vəzifəsindən azad olunmasından xəbərsiz olduğunu bildirib: "Ay kişi, mən indicə Abel Məhərrəmovla birlikdə tədbirdə idim. Onun vəzifəsindən azad olunmasından xəbərsizəm. Onun yerinə kimin təyin olunacağı ilə bağlı da heç nə deyə bilmərəm”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov