İsrail Müdafiə naziri Aviqdor Liberman istefaya gedəcək.
Bizimaz.az Axar.aza istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin “9-cu kanal”ı yayıb. Libermanın istefasına səbəb kimi onun hökumətin HƏMAS-la bağlı siyasətindən narazı olması göstərilib.
Onun istefaya gedəcəyi halda İsrail hökumətinin dağılacağı və nəticədə parlamentin buraxılacağı iddia edilib.
Qeyd edək ki, Liberman İsrailin əsas ideya, fikir adamı və strateqi sayılır. Eyni zamanda, Azərbaycanın İsrail hakimiyyətindəki əsas dəstəkçilərindən biri, ölkəmizin dosrudur.