Xəbər lenti



Bu dəfə söhbət kubalı zalım hökmdar, özünü Napoleon Bonapartla müqayisə edən Fulxensio Batista haqqındadır.

Bizimaz.az xəbər verir ki,  O, əslində hərbi karyerasını Fransanın keçmiş lideri kimi başgicəlləndirən edib. Lakin imperatorun səviyyəsinə qədər də çata bilməyib. 

Əvəzində o, Havananı Kubanın Las-Veqasına çevirib, orada kazino və fahişəxanalar qurub.

“Biz Amadeyra adasında Atlantik okean mənzərəli bu böyük terrasdakı möhtəşəm oteldə oturmuşuq. 126 dollarlıq lüks nömrə üçüncü mərtəbədə yerləşir. Giriş qapısını bəzəyən Kuba bayrağı meh əsdikcə dalğalanır. Kubalı diktator, inqilabdan qaçan 58 yaşlı Fulxensio Batistanı mühafizəçilər gecə və gündüz qoruyurlar. O, məni dəbli kostyumda və ipək köynəkdə qarşılayır, onun əlindəki böyük qızıl üzük ametist və brilyantla bəzədilib. 

Diktator fahişələri, mafiyanı və kazinonu yerbəyer eləsə də, özü xilas ola bilməyib

O, öz düşmənlərindən birinin alnından güllə ilə vurmasından çox qorxur. Belələri isə az deyil. O, bütün dünyada insanların nifrət bəslədiyi 3 nəfərdən biridir. O, villa icarəyə götürməyə hazırlaşıb, lakin Portuqaliya hakimiyyəti onun təhlükəsizliyi naminə hoteldə yerləşməsini məsləhət görüb. Onun Kubadan 39,2 milyon dollar apardığı haqda şayiələrə gəzirdi. Mən bu rəqəmi söyləyəndə, o, bərkdən güldü. Fidel Kastro ona toxunulmayacağına vəd verərsə, vətəninə qayıdıb-qayıtmayacağını soruşduqda, keçmiş diktator qəhqəhə çəkidi: “Düşünürəm ki, yox. Kastronun başı xəstədir. Belə adama inanmaq olmaz”, - britaniyalı jurnalistlərdən biri o zaman Portuqaliyada gizlənən Batista ilə ilk görüşlərindən biri ilə bağlı bunları yazıb.

Soyadla bağlı problem

Diktator fahişələri, mafiyanı və kazinonu yerbəyer eləsə də, özü xilas ola bilməyib

Kubanın gələcək dikatatoru 1901-ci ildə əyalət şəhəri Banesdə Karmela Salvador Qonsales və Belisario Batista Palermonun ailəsində anadan olub. Onu əvvəlcə Ruben Saldivar adlandırıblar – atası açıq-aşkar ona öz soyadını vermək istəmirdi. Bunun səbəbini Batista incəliklə gizlədib. Artıq 1939-cu ildə o, bu soyad üçün 15 min dollar xərcləməyə məcbur olur: o zaman prezident seçkilərinə hazırlaşanda, məlum olub ki, Fulxensio Batista adında adam, sadəcə yoxdur. Hakim böyük məbləğdə pul əvəzində bunun üstünü ört-basdır etməyə razılaşır.

Lakin bu illər sonra baş verir. O zaman ailəsi yoxsul idi: Fulxensio uşaqlıqdan şəkər qamışı istehsalatında çalışıb, özünə heç nəyi əsirgəməyərək bu insanları nə vaxtsa məhv etmək xəyalı ilə yaşayırdı. Məhz buna görə axşam məktəbini qurtarandan sonra hərbi xidmətə gedir. O, kubalı əsgərlərin sıralarını doldurur, lakin 12 illik xidməti zamanı yalnız çavuş rütbəsinə nail ola bilir. Batista başa düşür ki, nəyəsə nail olmaq üçün fəaliyyət göstərmək lazımdır.

Belə bir imkan ona nəsib olur: o zaman Kubanı mütəmadi olaraq dövlət çevrilişləri sarsıdırdı. İspanların əsarəti ilə zəifləyən ölkə ABŞ-ın təsiri altına düşür. Həmin məqamadək prezident Xerardo Maçadonun idarəçiliyindən narazı qalan Batista hərbçilərin həmkarlarına rəhbərlik edir, eləcə də gizli “Kolumbiyanın hərbi ittifaqı” təşkilatını yaradaraq, dövlət başçısına divan tutmaq üçün öz saatını gözləyir.

Diktator fahişələri, mafiyanı və kazinonu yerbəyer eləsə də, özü xilas ola bilməyib

“Kolumbiyanın hərbi ittifaqı”nın öyrədilən fəalları küçələrə çıxırlar: Batistanın rəhbərlik etdiyi çavuşların üsyanı adlandırılan bu olaydan sonra president qaçmağa məcbur olur. Diktator bundan sonra özünü Napoleonla bir sıraya qoymağa bəhanə verir. O öz yaxın adamlarını inandırırdı ki, 1933-ci ilin sentyabrında baş verənlər "çavuşların sui-qəsdidir – bu 18 bryumerin, 1952-ci ilin mart ayındakı hərbi çevrilişi isə fransalı imperatorun Elba adasından qayıtdıqdan sonra ikinci dəfə hakimiyyəti zəbt etməsidir.

Fulxensio növbəti gün bir qrup yoldaşı ilə zirehli avtomobildə Amerika səfirinin iqamətgahına gedərək Vaşinqtonla əlaqələr qurmaq və öz loyallığını nümayiş etdirməyə çalışır. Diplomatik missiyanın rəhbəri ardınca Dövlət Departamentinə yazır ki, bu üsyanın hansı istiqamətdə gedəcəyi ilə bağlı gələn qiyamçılardan heç birinin dəqiq planı yoxdur. Ancaq onlar yeni hökumətin yaradılacağı təqdirdə Amerika hakimiyyətinin dəstəyini qazanmaq istəyirdilər. Vaşinqtonda Batistanın qətiyyət və loyallığını qiymətləndirirlər.

Diktator fahişələri, mafiyanı və kazinonu yerbəyer eləsə də, özü xilas ola bilməyib

Amerika səfirliyinə səfərindən dərhal sonra “müstəsna hərbi xidmətləri və vətən naminə fəaliyyəti”nə görə Batistaya polkovnik rütbəsi verilir. Ardınca Baş Qərargahın rəisi olur və bu ona Kuba ordusu üzərində faktiki nəzarət imkanı verir. 

O vaxt dövlət başçısı yox idi, lakin hakimiyyət faktiki onun əlində idi: o, prezidentləri və nazirləri əlcək kimi dəyişirdi. Bu zaman narazıların nazı ilə oynamırdı. Onun hakimiyyətinə hər hansı təhlükə ola biləcək adamlar ordudan təmizlənir və qovulurdu. Beləcə, iki il ərzində 4 Kuba liderini dəyişdirir. 

30-cu illərin axırında müxtəlif prezidentlərdən yorulur, hesab edir ki, onun özünün bu postu tutmağa hər cür əsası var. O, 1940-cı il seçkilərində namizədliyini irəli sürür və inamlı qələbə qazanır. Sanki onun yürütdüyü siyasət Kuba xalqının xoşuna gəlirdi. Ancaq 1944-cü ildəki növbəti seçkilərdə özü və çoxları üçün də gözlənilməz halda uduzur. Pəjmürdə Batista yaralarını sağaltmaq üçün ABŞ-a qaçır. Lakin sonradan yenə qayıdır və hətta yenidən prezident kürsüsünü tutmaq arzusu ilə senata seçilir. Bu imkan 1952-ci il seçkilərində yaranır. Namizədliyini irəli sürən Fulxensio açıq-aşkar seçkilərin favoriti deyildi, lakin artıq onun planı yetişmişdi: bu hərbi çevriliş etməklə hakimiyyəti tam ələ keçirmək planı idi. Kuba prezidenti Karlos Prio Sokarrası sübh tezdən köməkçisi oyadaraq Batistanın məktubunu verir. Məktubda cəmisi iki cümlə yazılır: “Səninlə hər şey bitdi! Hakimiyyət mənəm!”

Kubanın Las-Veqası
 


Diktator fahişələri, mafiyanı və kazinonu yerbəyer eləsə də, özü xilas ola bilməyib

Ordu diktatorun tərəfində idi. Kubalıların çoxunun narazılığına baxmayaraq, ABŞ prezidenti Harri Trumen Batistanın hökumətinin qanuniliyini tanıyır. Hakimiyyətə yüksələn kubalı Konstitusiyanın fəaliyyətini dayandırır, konqresi qovur, SSRİ ilə diplomatik əlaqələri kəsir və iyun ayına təyin olunan prezident seçkilərini ləğv edir. Ölkədəki istənilən narazılıq amansızcasına yatırılır. 

Batistanın vaxtında Havana Kubanın Las-Veqasına çevrilir. Qəddar Batistanın dostluq etdiyi amerikalı mafiozlar adanın turist və oyun biznesinə nəzarət edirdilər. Onlar adada hotellər, restoranlar və kazinolar tikirlər. O zaman ölkədə fahişəlik çiçəklənir, gənc qızları çox zaman panel üzərinə çıxmağa məcbur etmək üçün oğurlayırdılar. 1950-ci illərdə Kubanın paytaxtında 8,5 minə yaxın fahişəxana işləyirdi, oralarda qadınların saxlanma şəraiti isə dəhşətli idi.

Amerikalılar Kuba iqtisadiyyatının 70 faizinə nəzarət edirdilər. Əhalinin 0,5 faizini təşkil edən varlı torpaq sahibləri torpaqların 35 faizdən çoxunu əllərində cəmləşdirmişdilər, kəndlilərin əksəriyyəti həmin torpaqlarda işləməyə məcbur idilər.

Diktator fahişələri, mafiyanı və kazinonu yerbəyer eləsə də, özü xilas ola bilməyib

Batista və onun ətrafı ciblərini pulla dolduranda, kubalıların əksəriyyəti yoxsul vəziyyətdə yaşayırdı. Onların nə təhsil almaq, nə də səhiyyə xidmətindən istifadəyə imkanları yox idi. İşsizlik 40 faizə çatmışdı. O, 1954-cü ildə yenidən prezident olur. Uğuruna görə təbrik edən amerikalı dostları ona gümüşü gecə bardağı və qızıl suyuna çəkilən telefon hədiyyə edirlər. 

Boğaza qədər yoxsulluq

Batistanın seçdiyi kurs sadə kubalıları daha çox əsəbiləşdirirdi. Vaşinqtonda da narazılıq edirdilər. Onda Fidel Kastronun rəhbərlik etdiyi inqilabçılar qrupu Monkada kazarmasını ələ keçirməyə cəhd göstərsələr də, məğlubiyyətə uğrayırlar. Hakimiyyət müxalifətə amansız divan tutur: diktatorun xoşu gəlməyənləri oğurlayır, işgəncə və amansızlıqla öldürürlər. Əsir düşən inqilabçıları diri-diri torpağa basdırır, hündürmərtəbəli binaların damından atır, asır, gözlərini çıxarır, venalarına hava vurur, azadlığa buraxılmaları görüntüsü yaradıb, sonradan kürəyindən güllələyirlər. 

Amerika hakimiyyəti Kubanın diktatorunu bu addımlarına görə tənqid edir. Nəticədə 1955-ci ilin may ayında amnistiya ilə Kastro və hücumun digər iştirakçıları azadlığa buraxılırlar. Yeri gəlmişkən, bu böyük jest artıq heç nəyi dəyişə bilməzdi. Yerli sakinlər ölkədəki korrupsiyanın çiçəklənməsi, prezidentin Amerika mafiyası ilə dostluğu və onun diktator idarəetmə üsulu sayəsində boğaza qədər yoxsul idilər.

Etiraz aksiyalarını kütləvi həbslər, kütləvi informasiya vasitələrinə senzuranın gücləndirilməsi ilə yatırmağa cəhd edirdilər. Batistanın ordusunun say üstünlüyü və yaxşı silahı olmasına baxmayaraq, prezidentin ordusu bir-birinin ardınca məğlub olmağa başlayır. Kastronun rəhbərliyi ilə üsyançıların qalib gəldikləri aydın olandan sonra Havanada hakimiyyətə ehtiyat namizəd Andresa Riveronun gətirilməsinə cəhd edilir. Lakin artıq gec idi, o vəzifəsinin icrasına başlaya bilmir.

Kurortdan kurorta

Diktator fahişələri, mafiyanı və kazinonu yerbəyer eləsə də, özü xilas ola bilməyib

Şahidlərin sözlərinə görə, 1958-ci il dekabrın 31-də Batista prezident sarayında özünün sonuncu yeni il qəbulunu keçirir. Özünü orada elə aparır ki, sanki heç nə baş vermir və vəziyyəti tamamilə nəzarətində saxlayır. Həmin vaxt Fidel Kastronun rəhbərliyi ilə üsyançılar artıq paytaxtın yaxınlığında olurlar. 

Lakin həmin gecə Batistanın ailəsinin və onun ətrafındakıların olduğu avtomobil karvanı hərbi hava limanına yollanır. Havanadan 4 təyyarə uçur. Diktator sona qədər hara uçmaqla bağlı tərəddüd edir. Nəticədə Dominikan Respublikasına getməyi qərara alır. 

Bununla belə, o, orada az ləngiyir, Portuqaliyaya, sonra İspaniyaya gedir. O, Kubaya heç vaxt gəlmir. ABŞ-dakı yaxın tərəfdarları, eləcə də birlikdə qaçdıqları silahdaşları ondan üz döndərirlər. Bəziləri hətta dövlət xəzinəsinin böyük hissəsini, nəfis incəsənət əsərlərini ələ keçirib heç kimlə bölüşmədiyi üçün onu ölümlə hədələməyə başlayırlar. 

Pul İspaniya kurortlarında qayğısız həyat sürməsinə bəs edir. Keçmiş diktator 1973-cü ilin avqust ayında Marbelye ətrafında ürək tutmasından ölür. Kubalı qaniçənin Madriddəki San-İsidro qəbiristanlığında dəfn etmək qərara alınır.(reytinq)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov