“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycanın yubiley medalı təsis edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycanın yubiley medalı ilə təltif etmək səlahiyyəti Medianın İnkişafı Agentliyinin İcraçı direktoruna verilib.