Xəbər lenti

Xalqa xidmət nümunəsi yaradan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Aslan Mehdiyev, Bəhram Şiriyev, Həcər Mirzəyeva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, qalib xalqın qaib Lideri kimi İlham Əliyev hər zaman Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz əzmkarlıqla çalışıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq dastanı yazaraq ərazi bütövlüyümüzü tam bərpa edib. İndi işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, soydaşlarımız öz yurdlarına geri qayıdır.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_1706942640_photo-2024-02-02-23-06-14.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-3.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-4.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-5.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-6.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-7.jpg
24 Aprel 2024 Şoyqunun müavini saxlanıldı
24 Aprel 2024 Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
24 Aprel 2024 Bu ölkə Ağdamda məktəb tikəcək
24 Aprel 2024 Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
23 Aprel 2024 Delimitasiya prosesi başladı
23 Aprel 2024 İlham Əliyev Zelenskini COP29-a dəvət edib
22 Aprel 2024 İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdü
17 Aprel 2024 Bir gündə iki sabiq deputat vəfat etdi
17 Aprel 2024 "Dünya 33 mindən çox fələstinlinin öldürülməsinə məhəl qoymur"
17 Aprel 2024 Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək
17 Aprel 2024 Kreml təsdiqlədi
09 Aprel 2024 İlham Əliyev Gəncəyə səfər edib
08 Aprel 2024 Hesablama Palatası Baş Prokurorluğa müraciət edib
08 Aprel 2024 Ramin Məmmədov Dövlət Komitəsinin sədri təyin edildi
08 Aprel 2024 Prezident xalqı təbrik etdi
06 Aprel 2024 “Qaçqınkom”un iki departamenti ləğv olundu
06 Aprel 2024 Xocalıda kütləvi məzarlıqda tapılan bir nəfərin şəxsiyyəti müəyyənləşib
06 Aprel 2024 Brüssel görüşündən sonra sərhəddə atılan güllələr: İrəvan “məngənə”də sıxılır - TƏHLİL
06 Aprel 2024 Yeni hakim təyinatları olub - Siyahı
06 Aprel 2024 “Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov