Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_123432321q1232q1q.jpgAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.


Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşmənə diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa edib. Tarixi ədalət bərpa olunub. Şəhidlərə rəhmət diləyir, qazilərə can sağlığı arzulayırıq.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızı cəmi 44 gün ərzində azad edərək Zəfər qazandıq. Bu il isə antiterror əməliyyatı zamanı Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq bayrağımız Xankəndidə, Xocalıda və Qarabağın hər yerində dalğalanır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib”, - deyə Gəncə Şəhər İcra Hakimiyyətinin baçısı Niyazi Bayramov çıxışnda qeyd edib.

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop da xalqımızı Zəfər bayramı münasibətilə təbrik edərək, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə artan templə davam etdiyini deyib.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışlarında 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi müstəvidə əldə etdiyi Qələbənin nəticələrini siyasi-diplomatik müstəvidə daha da gücləndirib, yeni uğurlara imza atdığını diqqətə çatdırıblar.

Sonra Zəfər Gününə həsr olunan videoçarx tədbir iştirakçılarına nümayiş olunub.

Çıxış edən ADAU tələbələri - Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov, Həşim Həşimov və Ruhin Qasımov 44 gün davam edən döyüşlərdə Rəşadətli Ordumuzun qəhrəmanlıqlarından söz açıblar.

Daha sonra tələbələr tərəfindən hazırlanan ədəbi-bədii hissə təqdim olunub. Bədii hissədə tələbələrin ifasında təqdim olunan vətənpərvər ruhda şeir və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda bir qrup Vətən müharibəsi iştirakçısı fəxri fərmanla təltif olunub.

Bizimaz.az 

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268623gfdsasdcxcvb.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268587654ythythg.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_16992685709876tjmjmhb.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268t6789opnbnmcsaqe4567ui.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268635khfghbvcvbnm.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268578987678uhjhvhnm.jpg
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov