Xəbər lenti


Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji seqmenti sürətlə inkişaf edir”

“Bu gün Azərbaycan Avropaya ixrac etdiyi təbii qazla qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsində önəmli rol oynayır. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi də etibarlı tərəfdaş kimi tanıdıb. Bundan başqa, neft-kimya məhsulları və elektrik enerjisi də ölkə ixracatının bir hissəsidir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, hazırda ölkəmizdə Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi istiqamətində konkret addımlar atılır. “ Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu baxımdan oktyabrın 26-da keçirilmiş Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Tədbirdə iştirak edən Ölkə Prezidenti İlham Əliyev öz çıxışında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə əsasında inşa edilmiş elektrik stansiyasının təməlinin keçən ilin mart ayında qoyulduğunu xatırlatdı və Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsinin qürurverici hal olduğunu vurğuladı.”

K.Qafarov Prezident İlham Əliyevin çıxışında ölkəmizin yaşıl enerji sahəsində gələcək planları barədə yer almış açıqlamaların əhəmiyyətini vurğulayaraq deyib: “Diqqətəlayiq haldır ki, möhtərəm dövlət başçımız öz çıxışında Azərbaycanın yaşıl enerji sahəsində daha böyük planlarının olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün Azərbaycan “Masdar”la birgə işləməyi planlaşdırır və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq . Hazırda ölkəmizin zəngin yanacaq ehtiyatlarının olmasına baxmayaraq, Azərbaycan məhz yaşıl enerjiyə doğru irəliləyir. Bu, dövlətimizin təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəsidir. Azərbaycanda son illər ərzində formalaşmış əlverişli investisiya mühiti iri xarici şirkətləri ölkəmizə cəlb edir. Cənab Prezident öz çıxışında bu məsələni də xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda dövlətimizin iqtisadi hədəfi iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir.”

K.Qafarov işğaldan azad edilmiş ərazilərimizdə olan nəhəng enerji potensialının reallaşdırılması barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm bir hissəsi olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımızın çıxışında yer almış vacib məqamlardan biri də Qarabağın və Şərqi Zəngəzurun ərazilərində mövcud olan hidroenerji potensialının hazırda fəal şəkildə inkişaf etdirilməsi ilə bağlı oldu. Qeyd olundu ki, artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Bütün bunlar ölkəmizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Bu təbii qazın bir neçə milyard kubmetr həcmdə ixrac üçün qənaət edilməsi Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunu və önəmini daha da artıracaq”.
20 May 2024 Güllələnən Baş nazirin son vəziyyəti açıqlandı
20 May 2024 İranda milli matəm elan olundu
17 May 2024 Fransa tərəfi üzr istəməlidir- Azərbaycan XİN
17 May 2024 İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
17 May 2024 DİN: İnsan alverinə görə 12 nəfər İnterpol xətti ilə axtarışa verilib
15 May 2024 "ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır"
13 May 2024 Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
13 May 2024 “Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
13 May 2024 Bu məhkəmələrə hakimlər təyin olundu - Siyahı
10 May 2024 YAP-dan parlament seçkiləri ilə bağlı acıqlama
10 May 2024 Prezident Füzulidə açılış etdi,xanımı ilə Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
24 Aprel 2024 Şoyqunun müavini saxlanıldı
24 Aprel 2024 Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
24 Aprel 2024 Bu ölkə Ağdamda məktəb tikəcək
24 Aprel 2024 Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
23 Aprel 2024 Delimitasiya prosesi başladı
23 Aprel 2024 İlham Əliyev Zelenskini COP29-a dəvət edib
22 Aprel 2024 İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdü
17 Aprel 2024 Bir gündə iki sabiq deputat vəfat etdi
17 Aprel 2024 "Dünya 33 mindən çox fələstinlinin öldürülməsinə məhəl qoymur"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov