Xəbər lenti



sveç hökuməti Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasını pisləyib, onu islamofob akt adlandırıb.

“Qafqazinfo” AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i bəyanat yayıb.

“İsveç hökuməti İsveçdəki nümayişlərdə fərdlər tərəfindən edilən islamofob aktlar müsəlmanlar üçün təhqiramiz ola biləcəyini tamamilə başa düşür”, - bəyanatda qeyd olunub.

“İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik”, - XİN-dən bildirilib.

Xarici İşlər Nazirliyinin bəyanatı Səudiyyə Ərəbistanında yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsini Quranın təhqirinə qarşı hərəkətə keçməyə çağırmasından sonra verilib.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov