“Türkiyə, Azərbaycan və Pakistan hərbi paktı imzalana bilər. Yeni geosiyasi konfiqurasiya fonunda belə bir hərbi paktın imzalanması ölkəmizin təhlükəsizliyini gücləndirəcək".
Bakıvaxtı.az-a xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Hindistanın Ermənistana silah ixracı və İranın da bu prosesdə rol alması Azərbaycanın Pakistanla hərbi əməkdaşlığını zəruri edir.
Onun sözlərinə görə, Hindistan və Pakistan münaqişəli ölkələrdir və hər iki ölkə Cənubi Qafqazda da bir-birlərinə qarşı mövqedə dayanıblar: “Məhz Hindistanın Ermənistanı silahlandırması Pakistanın regionda Azərbaycanla əməkdaşlığına cavab xarakteridir. Baxmayaraq ki, Pakistan Azərbaycan hərbi əməkdaşlığı sülhə və təhlükəsizliyə xidmət edir və bu əməkdaşlıqda hər-hansı bir üçüncü ölkəyə qarşı çevrilməyib. Amma Hindistan Ermənistan hərbi əməkdaşlığı Azərbaycanı hədəf alıb və məqsəd İrəvanın rəvanşist siyasətinə dəstək verməkdir".
M.Əsədullazadə bildirib ki, bu xüsusda İran da Hindistanın Ermənistan siyasətində əsas aktordur.
"Bir neçə gün bundan əvvəl, Baş Qərargah rəisi Kərim Vəliyevin Pakistana səfəri və bu ölkənin Baş nazirinin ölkəmizə səfəri hərbi əməkdaşlığın yeni mərhələsinə keçidi təmin edəcək. Bu əməkdaşlıqda Türkiyə də rol alacaq və nəticədə üçtərəfli hərbi paktın imzalanması labüddür”, - deyə Məhəmməd Əsədullazaə vurğuıayıb.
Cavad