Xəbər lenti




Son 20 il ərzində Prezident Putin Rusiya ordusunun modernləşdirilməsi üzərində işlədi. Moskva tez-tez iddia edirdi ki, Rusiya ordusu dünyanın ikinci ən güclü ordusuna sahibdir və əksəriyyət də buna inanırdı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Helsinkidə finlandiyalı siyasi ekspertlərin qarşısında Ukrayna müharibəsi mövzusunda çıxış edərkən deyib.

Blinkenin sözlərinə görə, bu gün bəlkə də həmin əksəriyyət Rusiya ordusunu yenə də ikinci ən güclü ordu kimi görür, lakin “Rusiyanın silah-sursatı, orduda idarəçilik, strategiya, əhval-ruhiyyə, uğursuzluqlar - bütün bunlar hamısı araşdırma mövzusudur”.

ABŞ dövlət katibi qeyd edib ki, son altı ay ərzində Rusiyanın itkiləri 100 mindən çox qiymətləndirilir.

“Eyni zamanda, ABŞ, Avropa və digər tərəfdaşların tətbiq etdiyi sanksiyalar Rusiyanın müharibə maşınına, müdafiə sənayesinə çox ağır təsir edib”, - Blinken əlavə edib./APA

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov