Xəbər lenti



Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri Azərbaycanda da diqqətlə izlənilir.
 
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bununla bağlı AZXEBER.COM-a danışıb.
 
O bildirib ki, "Cümhur İttifaqı”nın parlamentdə və prezident seçkilərində çoxluq qazanacağı proqnozlaşdırılırdı:
 
"Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkirli planlanların fərqinə vardığını sübut etmiş oldu. Rəcəb Tayyib Ərdoğanın böyük səs çoxluğu ilə Kamal Kılıçdaroğlunu üstələməsi bu deyilənlərin göstəricisidir. Türkiyə Böyük Millət Məclisində də AKP, MHP və Yenidən Rifah Partiyasından ibarət olan "Cümhur İttifaqı” səslərin böyük qismini əldə edib. Parlamentdə çoxluq hazırkı iqtidar komandasına aiddir. Bütövlükdə seçki nəticələrinin monitorinqi göstərir ki, Türkiyə əhalisini 65%-i sağ mərkəzçiliyə səs verib. Türkiyədə solçuluq meyarları öz tərəfdarlarını itirəcək. Seçkilərdən sonra sağ mərkəzçiliyin vahid komada şəklində daha da gücləndiyini görəcəyik”.
 
 
Politoloqu fikrincə, seçkilər Türkiyədə yaxın gələcəkdə müxalifət parçalanacaq:
 
"Hesab edirəm ki, bundan sonra "Altılı İttifaq”da olan müxalifət daxilində çox ciddi çəkişmələr olacaq. Əvvəlcə Meral Akşener "Millət İttifaqı”nı tərk edəcək. Ardınca HDP və Əli Babacan ilə Əhməd Davudoğlunu rəhbərlik etdiyi qrupların tərk edəcəyini düşünürəm. Ola bilsin ki, "Millət İttifaqı”da yanlız CHP və Demokrat Partiyası qalsın. Hətta mühafizəkarların təmsil olunduğu Səadət Partiyasının da "Millət İttifaqı”ından ayrılacağını düşünürəm”.
 
Tural İsmayılov tədqiqatçı yanaşmanın Türkiyənin gələcəyinin sağçılıq, milliyətçilik və Turançılıq olduğunu göstərdiyini vurğulayıb:
 
"Atatürkün qurduğu partiya olan CHP-ni terrorçu PKK azarkeşi Demirtaşın HDP-nə calayanlar, AKP komandasına xəyanət edən Babacan-Davutoğlular, mühafizəkar səs azlığına malik Səadət Partiyasını "Millət İttifaqı"na calayan Temel Karamollaoğlular və təsirsiz Demokrat Partiyası böyük bir fiasko aldı. Akşənərin İyi Partiyası isə heç 10 faizlik seçki baryerini də toplaya bilmədi”.

Şəbnəm Zahir
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov