Xəbər lenti



Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Hər ötən il Heydər
Əliyev dühasının böyüklüyünü bir daha üzə çıxarır. Heydər Əliyev - tarix
salnaməsinin 20-ci əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, 30 ildən artıq
Azərbaycanın tərəqqisini öz çiyinlərində daşıyan vətəndaş, dahi şəxsiyyət,
ümummilli lider.

Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin qlobal
problemlərini həll edən tarixi şəxsiyət və tarixi yaradan şəxsiyyət. Çoxdan arzu
edirdim ki, belə böyük tarixi sima, hələ uşaqlığından ən çox valeh olduğun insan
haqqında ürəyimdən keçənləri az da olsa, yazmaq mənə nəsib olsun. Ulu Öndər
insan ömrünün mənası barədə belə deyirdi: “Həyatın mənası çox və ya az
yaşamaqdan ibarət deyil, onun əsas mənası bu həyatda öz yerini tutmaq mövqeyini
müəyyən etmək və başqaları üçün nümunə olmaqdır”. Onun həyatını göz önünə
gətirsək bu həyatın keçdiyi ömür yolunun yalnız və yalnız bir məqsədə xidmət
etdiyini şahidi olarıq - Azərbaycan! Canından artıq sevdiyi Azərbaycan! Uğrunda
fəaliyət göstərdiyi, gecəli-gündüzlü zəhmətə qatlaşmağı lazım gələrsə, bu yolda
şəhid olmağı şərəf sayan ümumilli liderimiz deyirdi: “ Mənim həyatımın məqsədi
Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan
vətəndaşıdır”.

Ulu öndərimiz bütün müstəqil Azərbaycan və azərbaycançılıq
uğrunda çalışmış, mübarizə aparmış və həmişə də qalib gəlmişdir. Heydər Əliyev
yalnız Azərbaycanın deyil, bütövlükdə bütün bəşəriyyətin dühası, müstəsna
şəxsiyyəti idi. Ulu öndər Heydər Əliyevin malik olduğu ali insani keyfiyətlər və
siyasi qabiliyyətlər ona istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək
pilləsində qərarlaşmağı təmin edə bilirdi. Belə bir dühanın məhz Azərbaycan
xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha
uzaq gələcəyə hesablanmış siyasi irs qoyması bütövlükdə xalqımızın milli uğuru,
iftixar mənbəyidir. Heydər Əliyev məhz dünya miqyaslı fenomenal şəxsiyyətdir.
Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi
böyük bir mütəfəkkirdir. Ulu öndər Heydər Əliyev təkcə öz dövrünün deyil, daha
geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə
bilən güclü siyasi iradə sahibi, yeni dünya rasional siyasətçisi, uzaq görən bir
dövlət xadimidir.

Heydər Əliyev təkcə gələcəyi görmür, o, həm də gələcəyi
yaradır. Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi
və ədalət, sülhpərvərlik və hümanizim ideyalarına əsaslanan geniş spektirli
fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir fövqəlbəşər şəxsiyyətlərdəndir.
1918-ci ildə müstəqillik qazanıb, cəmi 23 il ay yaşamış Azərbaycan 1991-ci ildə
Heydər Əliyevin sayəsində ikinci dəfə müstəqilliyini qazanmış və İlham Əliyevin
sayəsində 32 ildir ki, yaşayır və əbədi olaraq yaşayacaq. İlham Əliyev bu gün ulu
öndərin şah əsəri olan müstəqil Azarbaycanın gələcəyinin inkişafı üçün etmək
istədiklərini həyata keçirir.

Heydər Əliyevin siyasi kursunu keçmiş dünyada öz
siyasi gücü ilə tanınmış İlham Əliyev 30 il işğal altında olmuş torpaqlarımızın
alınması üçün var gücünü sərf etdi. Heydər Əliyevin yaratdığı ordunu daha da
gücləndirərək dəmir yumruq vasitəsi ilə torpaqlarımızı erməni işğalçılarından azad
etdi. 2020-ci il 27-i sentyabrdan başlanan 44 günlük davam edən müharibə güclü
ordumuzun və ali baş komandan İlham Əliyevin yenilməz siyasəti sayəsində
zəfərlə başa çatdı.

İlham Əliyev Heydər Əliyevin arzusunu həyata keçirdi. Bir oğul
kimi Qarabağın tacı olan Şuşanı erməni işğalçılarından azad etdi. Üç rəngli
bayrağımız noyabrın 8-də Şuşada dalğalandı. Televiziya kanallarında bu şad xəbər
elan olunduğu zaman “Əziz Şuşa artıq sən azadsan, sən bizimsən” deyəndə qəlbim
qürur hissi ilə doldu. Hal-hazırda ali baş komandanımız işğaldan azad olunmuş
torpaqlarımızda abadlıq və quruculuq işləri aparır, yurd-yuvalarından didərgin
düşmüş insanları öz torpaqlarına qaytarması üçün var gücünü sərf edir və tez-tez
həmin yerlərə səyahət edərək abadlıq və quruculuq işləri ilə maraqlanır. Artıq
Qarabağ Azərbaycandır. Biz də siyasi cəhətdən güclü Heydər Əliyev məktəbini
keçmiş dünyada tanınmış prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib
səmərəli fəaliyyət göstərməliyik. Biz inanırıq ki, İlham Əliyev sağlam gənclərlə
ölkəmizi daha da qüdrətli, güclü, sivil bir ölkəyə çevirəcəkdir. Ona bu yolda can
sağlığı Azərbaycanın gələcəyi naminə daim uğurlar və zəfər qazanmağı
arzulayıram.
Mən də “Zəfərin mübarək Azərbaycanım” və “Ulu öndər oğlu
İlham” haqqında yazdığım şeirlərimlə sözümü tamamlayıram.


Zəfərin mübarək Azərbaycanım

Azərbaycan, uzanan şanlı bayrağın
Kölgəsi qovuşdu, vətən daşına
Qan ilə alınan hər bir torpağın
Yazıldı tarixin qan yaddaşına
Bitdi otuz ilin qəmi, həsrəti
Çaldı zəfəri, ordunun qüdrəti
Sən Qarabağı almısan geri
Haqq uğrunda zəfərin var, şərəfli!
Gələcək keçmişin izinə gəlir
Ürəyin Ağdamda azan səslənir
Qarabağın tacı Şuşa səndədir
Cıdır düzü sevincindən kövrəlir
Hər bir qarışında şəhid qanı var
Dərdin olsa da, sevincin də var
Qarabağ kimi gözəl incin var
Sənə baş əyirəm müqəddəs diyar
Fəxr edirəm ki, Qarabağ bizim
Düşəcək Laçına, Şuşaya izim
Qarabağ vətənim, canımda canın
Zəfərin mübarək, Azərbaycanım!

Ulu öndər oğlu İlham

Atası bir fövqəlbəşər
Özü bu millətə rəhbər
Haqqı deyib, haqq söylər
Ulu öndər oğlu İlham
O, bir güc, o, bir qüdrət
Millətindən alıb qüvvət
Hər sözündə vətən, millət
Ulu öndər oğlu İlham
O, xalqının ümididir
Zəfərli bir səhəridir
Müstəqillik hünəridir
Ulu öndər oğlu İlham
Sülhə önəm verər hər an
Döyüşə hazır hər zaman
Düşmənlərə qorxu salan
Ulu öndər oğlu İlham
Azərbaycan savaşında
Bir dahidir dühasında
Anaların duasında
Ulu öndər oğlu İlham

Akademik M.Mirqasımov adına Respublika Klinika xəstəxanasının həkimi, tibb
üzrə fəlsəfə doktoru Nəsibə Quliyeva

Hazırladı: Jurnalist Afət İlkin

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov