“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxıblar.
Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycanın Dövlət Himni ifa olunub. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.
Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.