Yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.
"Qafqazinfo"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3,6-ya bərabər olan zəlzələ hiss olunmayıb.