Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.
Yardımlar Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılır.
Mağazanın anbarı yardım qutuları ilə dolduğundan qablaşdırma “Doğtaş” ilə üzbəüz körpünün altında aparılır.
Hazırda sözügedən ərazidə izdiham yaşanmaqdadır.