Xəbər lenti



Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyənlər yalnız Naxçıvan MR qeydiyyatındakı şəxslər olmalıdır. Onlar minik avtomobilləri ilə sərhədi keçə, eləcə də geri qayıda bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən Türkiyə və İrana gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən yük maşınları istisna olmaqla Naxçıvan sərhədi də qonşu ölkələr üçün bağlanmışdı.

Amin Nəzərli

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov