Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi ən qısa zamanda Azərbaycana gətiriləcək.
Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
A.Hacızadə hadisənin motivlərinin araşdırıldığını deyib. XİN rəsmisi, eyni zamanda qeyd edib ki, silahlı hücum edən şəxslin kimliyi, hadisənin motivləri barədə detallı məlumat yoxdur: “Yeni məlumatlar olarsa, ictimaiyyətə açıqlanacaq”.
Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid edilib, daha iki nəfər yaralanıb.