Rusiyanın dilə gətirdiyi nüvə silahından istifadə təhlükəsi bu dəfə Pakistandan gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Yoxsulluğun Azaldılması və Sosial Müdafiə naziri Şazia Marri Hindistanın Pakistanın atom bombasına sahib olduğunu unutmaması lazım olduğunu və lazım gələrsə ondan istifadə etməkdən çəkinməyəcəklərini bildirib.
Belə ki, Şazia Marri Hindistanı hədələyərək Yeni Dehli müharibəni seçsə, cavab alacağını bildirib.
Pakistanın səssiz qalmaq üçün nüvə silahı əldə etmədiyini bildirən Marri "Hindistanın Pakistanın atom bombası olduğunu unutmaması lazımdır",- deyə bildirib.
Ayşən