Xəbər lenti



Azərbaycan iki il bundan öncə Azadlıq meydanında möhtəşəm bir Zəfər paradı keçirdi. Ddüşmən üzərindəki Qələbəsinin rəmzi təntənəsi olan parad!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.

Siyasi həmrəyliyin təntənəsi

Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi.Və Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakı və çıxışı bütün dünyaya bir daha sübüt etdi ki, Türkiyə və Azərbaycan birliyi daimidir.

Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda cıxışındakı bu misraları isə hecvaxt unutmaq olmaz: “Hörmətli Qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq. Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!
Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən bütün Azərbaycan xalqını, əziz qardaşım Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edirəm. Əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qazilərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun, var olun, Allaha əmanət olun!”

 Qələbənin təməli

 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

 Ermənilərin işğalcılıq siyasəti iflasa uğradı

Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi. Kapitulyasiya aktı Ermənistanı diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. 

İşğaldan azad edilən torpaqlar cicəklənir

Vətən  müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün  müəyyən tapşırıqlar vermişdir. Bu tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi ilə bağlı idi. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verildi.

Noyabrın 17 – i 2020 ci ildə Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.1991-ci ildə müstəqilliyini bərpa itdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aəmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri, eləcə də, dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Hərbi xərclərin təməli

Yalnız 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.

Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz Ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır.

Dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən, beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edirdi.

Hələ ötən əsrin sonlarında - müstəqilliyin bərpası ərəfəsində və sonrakı illərdə respublikamızda baş verən hadisələr milli dövlətçiliyimiz üçün ciddi təhlükələr yaratmış və yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində bu təhlükələrin aradan qaldırılması mümkün olmuş, uğurlu gələcəyin və davamlı yüksəlişin təməli qoyulmuşdur. Bu mənada, əminliklə deyə bilərik ki, 1990-cı illərin əvvəllərində məğlubiyyət və məhrumiyyətlərlə üzləşən xalqımızda Qələbəyə inamı məhz Ulu Öndər Heydər Əliyev yaratmışdır. Bu baxımdan qüdrətli Azərbaycan dövlətini ötən il erməni faşizmi üzərində böyük Zəfərə gətirib çıxaran mühüm amillərdən bir neçəsini xatırlatmağı zəruri hesab edirik.

Bu Qələbənin kökündə müstəqil ölkənin dövlət başçısı kimi Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması, böyük dövlətlərlə, mötəbər beynəlxalq qurumlarla, dünya siyasətində mühüm rol oynayan nüfuzlu dairələr və mərkəzlərlə qurduğu səmərəli əməkdaşlıq praktikası dayanır. 44 günlük Vətən müharibəsi dövründə cənab İlham Əliyevin beynəlxalq qurumların nümayəndələri ilə danışıqları, dünyanın nüfuzlu mətbuat orqanlarına müsahibələri, Azərbaycanın haqq işinin dünya xalqlarına çatdırılması bu tarixi təcrübənin real nəticəsi olmuşdur.

Bu Qələbənin kökündə Heydər Əliyevin memarı, banisi və müəllifi olduğu uğurlu neft strategiyası dayanır. Bu strategiyanın qarşıya qoyduğu sosial, iqtisadi və siyasi hədəflər - neft gəlirlərindən səmərəli istifadə olunması ölkəmizin uzunmüddətli və hərtərəfli inkişafının əsasını qoymuşdur. 1994-cü ilin 20 sentyabrında bağlanılmış “Əsrin müqaviləsi” ilə həyata keçirilməyə başlanan möhtəşəm neft strategiyası təkcə Azərbaycanı iqtisadi tənəzzüldən çıxarmaq, ölkənin sosial-iqtisadi yüksəlişini təmin etmək məqsədi daşımırdı. Bu strategiya Azərbaycanın iqtisadi inkışaf konsepsiyasının bazis rolunu oynamaqla yanaşı, daha uzunmüddətli siyasi hədəflərə malik idi. 44 günlük müharibə zamanı biz yenidən həmin hədəfləri daha aydın görmək və qiymətləndirmək imkanı qazandıq.

Bu böyük Qələbənin kökündə dayanan ən başlıca amil isə Ümummilli Liderin Azərbaycana öz siyasi varisi olan İlham Əliyev kimi Prezident, Sərkərdə bəxş etməsidir.   

Ulu Öndər hələ 2003-cü ilin oktyabr ayının ortalarında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.



Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov