Sovet ittifaqının varlığına son qoyulduqdan və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü göstərən problemlər bir müddət mövcudluğunu qoruyub saxladı. Ölkə daxilindəki hərc-mərclik, orduda olan çatışmazlıqlar,vətəndaş müharibəsi abu-havası, iqtisadi tənəzzül, hakimiyyət çəkişmələri Azərbaycana müstəqilliyini dadmağa imkan vermədi.Yeni Azərbaycanı qurub yaratmaq üçün yeganə güc ulu öndər Heydər Əliyev tərəfindən mümkün oldu. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.Tariximizə həkk olunmuş şanlı səhifələrədən biri ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın qurtuluş missiyası ilə hakimiyyətə qayıtması idi. Milli dövlətçiliyimizin və müstəqilliyimizin banisi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətləri olmuşdur.
Onun həyatına və fəaliyyətinə nəzər yetirdikdə ömür yolunun çox sınaqlardan , çətinliklərdən keçdiyinin şahidi oluruq. Onun parlayaraq ümumi arenaya çıxması son dərəcə ağır bir problem idi. Lakin Heydər Əliyev qarşısına çıxan bütün maneələri inamla dəf edərək Azərbaycanın memarı oldu. 1992-ci ilin 21 noyabr tarixində yeni Azərbaycanın qurucusu və memarı olan ümummilli liderin sədrliyi ilə sonradan ölkənin ictimai , siyasi həyatında önəmli rol oynayacaq Yeni Azərbaycan Partiyası yaradıldı. Partiya təsis edildiyi gündən bu yana Azərbaycanın inkişaf konsepsiyasına xidmət edir. Partiyanın rəmzi olan göy rəngli dəfnə ağacı Azərbaycanın zənginliyini, rifahını, xoşbəxtliyini və azadlığını ifadə edir. Yeni Azərbaycan Partiyası ulu öndərin siyasi, yenilikçi və inkişaf yönümlü düşüncəsinə sadiq qalaraq gələcəyə doğru uğurla addımlayır. Bu partiya ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırıb.
Bu il Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində dayanan tarixi zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır. Partiyanın hər bir şəhər və rayon təkilatı qarşıda dayanan vəzifələrin uğurlu icrası üçün səylə çalışır. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan partiya müasir çağırışlara uyğun hər bir yeniliyi,təkmilləşməni öz fəaliyyətində tətbiq edir,xalqın bütün istək və arzularının reallığa çevirilməsinə öz töhfələrini vermək üçün səylərini artırır. Eyni zamanda , Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir.
Ulu öndər Heydər Əliyevin başladığı quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlmiş daxili və xarici siyasəti bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə kecirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cıxış edərək bildirdi ki,bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi...
...Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cıxışını bu cümlələərlə bitirmişdir;"Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!"
Ceyhun Cahangirov
Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.