Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir təşkil edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Mixail Zabelin, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Xətai rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və bir çox səlahiyyətli şəxslər iştirak ediblər.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediən tədbirdə H.Əliyev adına Hərbi İnstitun orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib.
Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev cıxışında Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir.
Çıxışçılar həmçinin dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb, buna görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər. Tədbirdə tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Tədbirdə həmçinin şəhid Seymur Baxışovun 12 yaşı tamam olan oğlu Amin Baxışovun doğum günü də qeyd edilib.
Sonda şəhid ailələrinə şəhidlərin şəkilləri əks olunmuş xatirə suvenirləri təqdim olunub.
Samir Rəhimov