Xəbər lenti



Almaniyanın xarici işlər naziri Annalena Berbok İranda etiraz aksiyalarının amansızca dağıdılmasına cavabdeh olan şəxslərin Avropadakı aktivlərinin dondurulmasına tərəfdar çıxıb.

 “Biz Aİ-nin bu qəddar repressiyaya görə məsuliyyət daşıyanlara giriş qadağası qoymasını və onların Aİ-dəki əmlaklarının dondurmasını təmin edəcəyik”, - deyə o, bazar günü bildirib.

Berbok Aİ-nin növbəti sammitində yeni məhdudlaşdırıcı tədbirlərin qəbul ediləcəyini ümid etdiyini deyib.

Xatırladaq ki, İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, xanım çadranı düzgün taxmadığına görə onu əxlaq polisi saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov