Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb.
Bizimaz.az: BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlət başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs edib, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışıb.
Prezident İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikovun Forumda iştirakına və çıxışına görə minnətdarlığını bildirib. Dövlət başçısı İlham Əliyev Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti baş katib Antonio Quterreş ilə ötən il BMT Baş Assambleyası çərçivəsində görüşünü məmnunluqla xatırlayıb.
Dövlət başçısı BMT baş katibinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş edib.
Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.