Xəbər lenti


ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton rəsmi "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib.
Bizimaz.az: Bolton ötən gün Bakıya səfəri zamanı keçirdiyi mətbuat konfransından foto paylaşaraq, Azərbaycanda pozitiv müzakirələr aparıldığını qeyd edib.

"Azərbaycana gözəl səfər gerçəkləşdirdim. İsti qarşılanmaya görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Biz regional və enerji təhlükəsizliyi məsələlərinin geniş aspektlərinə dair pozitiv müzakirələr apardıq", - deyə Trampın müşaviri yazıb.



Qeyd edək ki, Con Bolton ötən gün Azərbaycanda səfərdə olub. ABŞ rəsmisi Prezidentİlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüş keçirib. Görüşlərdə iki ölkə arasındakı münasibətlər, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov