Xəbər lenti



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri başlayıb.

 

"Unikal" xəbər verir ki, R.T.Ərdoğanı hava limanında İranın neft naziri Cavad Oudci, İran Prezident Aparatının Protokolunun baş meneceri Rza Naqipur, İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend, Türkiyənin Tehrandakı səfiri Derya Örs, xanımı Lale Örs, eləcə də diplomatik nümayəndəliyin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, səfər çərçivəsində iyulun 19-da Tehranda R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII İclası keçiriləcək.

Müvafiq Nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-İran münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Həmin gün R.T.Ərdoğan Tehranda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də iştirakı ilə İran Prezidentinin ev sahibliyi ilə keçiriləcək Astana formatında VII Üçtərəfli Zirvə Görüşündə iştirak edəcək.

Zirvədə Suriyadakı mövcud proseslər, bölgənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və İŞİD ilə mübarizə, siyasi həll üzrə səylər, humanitar vəziyyət və Suriyalıların könüllü olaraq ölkələrinə geri dönmələrinin müzakirəsi nəzərdə tutulur.

R.T.Ərdoğan Zirvə çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş də keçirəcə

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov