“Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsinin ilk nəticələrini cari ilin avqust ayında görmək mümkün olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sədri Kirill Budanov “RBK-Ukraina”ya müsahibəsində deyib.
“Müharibə Ukraynanın 1991-ci ildəki sərhədlərini geri qaytardıqda başa çatacaq. Bu artıq gələn il baş verə bilər”, - deyə Budanov söyləyib.
Jurnalistin müharibənin nə zaman başa çatacağına dair suala cavab verən Budanov “Hesab edirəm ki, gələn il” deyə təkrar edib.