Xəbər lenti



Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat çərçivəsində Sabirabad RİH-in Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlu saxlanılıb. Onun hansı faktla bağlı saxlanılması hələlik məlum deyil.

 

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, son aylarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir sıra rayonlarda oxşar əməliyyatlar həyata keçirib, bir çox vəzifəli şəxslər saxlanılıb.

Nizam Rza

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov