Xəbər lenti


Prezident İlham Əliyev “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmanla Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri artırılıb.

Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə nəzarət və torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, habelə örüş, otlaq və ya biçənək kənd təsərrüfatı yerlərinin əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması da Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov