Xəbər lenti



Dünyada koronavirusa yoluxma halları 7 həftəlik azalmadan sonra yenidən artmağa başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, mayın 7-dən 13-nə qədər təqribən 3,4 milyon yoluxma qeydə alınıb ki, bu da əvvəlki analoji dövr ilə müqayisədə 0,2 milyon daha çoxdur.

Bununla belə, koronavirusdan ölüm halları azalmağa davam edir.

Məlumata görə, Avropada COVID-19-a yoluxma halları ensə də, Asiya və Amerikada artmağa başlayıb. Belə ki, Yaponiyada ötən həftə sutkalıq 40 mindən çox yoluxma halı qeydə alınıb.

Ötən həftə Şimali Koreya ölkədə koronavirusa ilk yoluxma halının aşkar olunduğunu açıqlayıb. “Yonhap” agentliyi ölkənin yerli mediasına istinadən məlumat yayıb ki, Şimali Koreyada artıq 18 mindən çox yoluxma qeydə alınıb, 6 nəfər isə dünyasını dəyişib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov