Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi göndərib.AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi göndərib. Bunu ölkənin baş naziri Eduard Heqer deyib. ABŞ isə Avropadakı Patriot hava hücumundan müdafiə sistemlərindən birinin Slovakiya hava məkanının müdafiəsi üçün Slovakiyada yerləşdirilməsinə əmr verdiyini açıqlayıb.Slovakiyanın baş naziri Eduard Heqer Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verdiklərini açıqlayıb. Heqer "Twitter” səhifəsində bununla bağlı açıqlama verib:"Mən təsdiq edirəm ki, Slovakiya Ukraynanı S-300 hava hücumundan müdafiə sistemi ilə təmin edib. Ukrayna xalqı həm öz ölkəsinin, həm də bizim suverenliyini cəsarətlə müdafiə edir. Rusiyanın hücumları altında insan itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur".Slovakiyanın yeganə S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya verməsindən sonra ABŞ Avropadakı Patriot hava hücumundan müdafiə sistemlərindən birinin Slovakiya hava məkanının müdafiəsi üçün Slovakiyada yerləşdirilməsinə sifariş verdiyini açıqlayıb.Slovakiyanın minlərlə ukraynalı qaçqına ev sahibliyi etdiyinə diqqət çəkən ABŞ Müdafiə Naziri Austin ABŞ-ın Ukraynanın ehtiyaclarını qarşılamaq üçün tərəfdaşları və müttəfiqləri ilə koordinasiyaya davam edəcəyini bildirib:"Slovakiyanın dəvəti və mənim göstərişimlə ABŞ-ın Avropa Komandanlığı Slovakiyada ABŞ hərbçilərinin komandanlıq edəcəyi "Patriot" raket sistemini yerləşdirəcək”.
Ostin qeyd edib ki, bu yaxınlarda Çexiya Ukrayna lideri Zelenskinin yardım çağırışına cavab verərək "T-72” və zirehli piyada maşınları ilə Ukraynaya tanklar göndərib. Bununla da müharibə başlayandan bəri ilk dəfə bir NATO üzvünün Ukraynaya tank göndərdiyi məlum olub.
Ayşən Mirzəyeva