Rüstəm Nağıyev: “2018-ci ildə Azərbaycan xalqı yenidən davamlı inkişafa və siyasi sabitliyə səs verdi”18:47 01.04.2022 | Baxış sayı: 19261 Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman öz çıxışlarında deyib: “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Bu fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. O cümlədən 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Məhz buna görə də 2018-ci ilin aprel ayının 11-də Azərbaycan xalqı həmişə olduğu kimi, növbəti dəfə müdrik seçim edərək, cənab İlham Əliyevi yenidən Ölkə Prezidenti seçdi. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Əlbəttə ki, bütün bu amillər xalqın seçiminə təsir edən ən vacib arqumentlər oldu. Nəticədə, ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % -nin və müxtəlif partiyaları təmsil edən 8 namizədin iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilərdən sonra andiçmə mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev belə demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərinin güclənməsi və nüfuzunun durmadan artması, müstəqilliyimizin daha da möhkəmlənməsi, vətəndaş həmrəyliyinin yüksək səviyyədə formalaşması da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin əsasında məhz milli maraqların qorunması prinsiplərinin durduğunu bir daha isbatlayır. Təsadüfi deyil ki, Azərbaycan xalqı 2003-cü ildən sonra ardıcıl olaraq üç dəfə məhz Heydər Əliyev siyasi kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi. O cümlədən 2018-ci ilin aprel ayının 11-də Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu.Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. O cümlədən Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması əlbəttə ki, Azərbaycan vətəndaşının diqqətindən kənarda qala bilməzdi. Belə olan şəraitdə isə təbii ki, mövcud hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi “yox” cavabıdır. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, bu qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.Qeyd olunduğu kimi, 2003-2018-ci illər tariximizə iqtisadi yüksəlişin intensiv dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda da Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. Demək lazımdır ki, 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoruna xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi. Birmənalı olaraq vurğulanmalıdır ki, Prezident İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır. Bu baxımdan möhtərəm dövlət başçımızn həyata keçirdiyi müstəqil xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. Müharibənin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və genişmiqyaslı əks-hücum əməliyyatlarını böyük uğurla həyata keçirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı 2018-cü ildə yenidən düzgün seçimini etmiş, ən mühüm tarixi qərarını vermişdir.Rüstəm Nağıyev,YAP Gədəbəy rayon təşkilatının sədriAİA.Az Twitter
Bölmənin digər xəbərləri22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB 22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq 22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar 21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi 21 Aprel 2025 Roma Papası öldü 16 Aprel 2025 DİN müraciət etdi 16 Aprel 2025 Bakıda leysan yağır 15 Aprel 2025 Palatanın aşkar etdiyi maliyyə pozuntularının tərkibi açıqlanıb 15 Aprel 2025 Gürcüstan Prezidenti Azərbaycana gələcək 15 Aprel 2025 London Kiyevə 1 milyard dollar köçürdü 14 Aprel 2025 "Rusiya Ermənistanın Aİİ-dəki maraqlarını pozmaq niyyətində deyil" 14 Aprel 2025 Azərbaycan XİN rəhbəri: Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir 14 Aprel 2025 Yağış, qar, sel... - Xəbərdarlıq 11 Aprel 2025 “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə 09 Aprel 2025 “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq” 08 Aprel 2025 19 aptekdə yoxlama aparıb 08 Aprel 2025 Qaçaqmalçılara rüşvət müqabilində kömək edən gömrükçülər HƏBS EDİLDİ 08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR 07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb 07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA