Xəbər lenti



Bu gün Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək.

Saat 10:45-də yarışın açılış mərasimi olacaq.

Saat 11:00-da isə yarış rəsmən başlayacaq. Yarışda 17 ölkədən 170 gimnastın iştirakı gözlənilir. İdmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda Azərbaycanı gənclər arasında Avropa çempionları – Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edəcək. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri – Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları – Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək yarış 4 gün davam edəcək və martın 13-də başa çatacaq.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya Kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov