Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Bizimaz.az: Bakı Şəhər İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, Şəhər İcra Hakimiyyəti Başçısınin səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın mətbuat xidmətinin işini fəallaşdirmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədi ilə Əliyeva Ayna Bəxtiyar qızı Bakı Şəhər İcra Hakimiyyəti Mərbuat Xidmətinə işə qəbul olunub. Ayna Əliyeva gəncdir, təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb.