Qəbristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək.
Bu barədə məlumat verən millət vəkili Əli Hüseynlinin sözlərinə görə, “Bələdiyyələrin statusu haqqında" qanuna əsasən qəbristanlıqların salınması müavafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş orqan tərəfindən icra edilir:
“Burada müvafiq icra hakimiyyəti deyəndə Nazirlər Kabineti nəzərdə tutulur. Bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1 ci maddəsinə edilən dəyişikliyə əsasən cərimə ediləcək. Cərimənin minimum məbləği 100, maksimum 500 manatdır”.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.