Sabah Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.
Bizimaz.az: Oktyabrın 12 və 16-da keçiriləcək iclasların gündəliyinə 54 məsələ daxildir.
İclasda Mülki Prosessual, İnzibati Xətalar, Vergi , Gömrük və Mülki məcəlləyə, "Banklar haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "Pasportlar haqqında", "Təhsil haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Bələdiyyələrin statusu haqqında" və s. qanun layihələrinə dəyişikliklər müzakirə olunacaq.